Bu BOKT 1,7 milyon manatlıq iki qeyri-yaşayış sahəsini hərraca çıxarır

12:30 - 28.10.2026


28 oktyabr, Fineko/abc.az. “Aqrarkredit” 1,7 milyon manatlıq iki qeyri-yaşayış sahəsini hərraca çıxarır.

"Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının balansında olan iki qeyri-yaşayış sahəsi 25 noyabr 2026-cı il tarixində hərraca çıxarılacaq.

Əmlaklardan biri Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 1, 2 ünvanında, mənfi birinci səviyyədə yerləşir. Ümumi sahəsi 1 265,5 kvadratmetr olan obyektin ilkin satış qiyməti 237 500 manat müəyyən edilib.

Digər əmlak Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, giriş 437D ünvanında yerləşir. Sahəsi 5 547,2 kvadratmetr olan qeyri-yaşayış sahəsinin ilkin qiyməti 1 milyon 450 min manatdır.

Beləliklə, hərraca çıxarılan əmlakların ümumi ilkin qiyməti 1 687 500 manat təşkil edir.

Hərrac saat 11:00-da Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.