İki tütün nəhəngi “Imperial Brands”i almağa hazırlaşır

17:02 - 27.11.2026


27 noyabr, Fineko/abc.az. Yaponiyanın “Japan Tobacco” (JT) və ABŞ-nin “Altria Group” şirkətləri Britaniyanın “Imperial Brands” tütün istehsalçısını satın almaq imkanlarını araşdırır.

Məlumata görə, səhmləri 13,3% bahalaşaraq bazar dəyəri 34 milyard dollara çatan Britaniya şirkəti uğrunda razılaşma son onilliyin ən iri sövdələşmələrindən biri ola bilər.

Ehtimal olunur ki, mümkün alış zamanı “Japan Tobacco” şirkətin ABŞ biznesini, “Altria” isə beynəlxalq aktivlərini götürəcək. “Imperial Brands” hələlik rəsmi təklif almadığını açıqlayıb.

Diqqətçəkən məqam odur ki, həm JT (“Winston”, “Sobranie”, “Camel”), həm də “Imperial Brands” məhsulları Sumqayıt Kimya Sənaye Parkındakı “Tabaterra” fabrikində lisenziya əsasında istehsal edilir və buradan Gürcüstana da ixrac olunur.