Azərbaycan buğda alışında istiqaməti Rusiyaya çevirdi

16:44 - 27.11.2026


27 noyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın buğda idxalında Rusiyanın payı 34%-dən 88%-ə yüksəlib, Qazaxıstanın payı isə 66%-dən 12%-ə enib.

Hesabat dövründə ölkəyə ümumilikdə 1,04 milyon ton buğda gətirilib.

Bunun 915 min tonu (194,88 mln. dollar) Rusiyanın, 130 min tonu (29,15 mln. dollar) isə Qazaxıstanın payına düşüb.

Bir ton Rusiya buğdası orta hesabla 213 dollara, Qazaxıstan buğdası isə 224 dollara başa gəlib.

Ekspert Vahid Məhərrəmov bu dəyişikliyi Rusiya taxılının ucuzlaşması (illik 9% azalma) və Qara dəniz limanlarındakı məhdudiyyətlər səbəbindən rus ixracatçıların regional bazarlara yönəlməsi ilə izah edir.

Paralel olaraq Qazaxıstanda buğda qiymətlərinin 30% bahalaşması və dəmir yolu logistikasındakı ləngimələr də tədarükü azaldıb.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyindən isə bildirilib ki, Qara dəniz hövzəsindəki nəqliyyat çətinlikləri ölkənin taxıl təminatına birbaşa mənfi təsir göstərməyib.