15:20 - 25.11.2026
25 noyabr, Fineko/abc.az. 2026-cı ilin ilk doqquz ayında Azərbaycan Rumıniyaya ümumi dəyəri 671,67 min ABŞ dolları (1,14 milyon manat) olan 80 kiloqram qeyri-sitrus efir yağı göndərib ki, bu da bir kiloqram məhsulun orta ixrac qiymətinin 8 396 dollar təşkil etməsi deməkdir.
Ötən ilin analoji dövründə bu ölkəyə ümumiyyətlə satış həyata keçirilmədiyi halda, cari ildə Rumıniya ümumi ixrac dəyərinin 77,7%-nə sahib olmaqla əsas alıcıya çevrilib.
Hesabat dövründə ölkədən xaricə cəmi 864,94 min dollarlıq (109,2 kiloqram) efir yağı satılıb, digər alıcılar sırasında isə Bolqarıstan (10 kq – 98,52 min dollar), ABŞ (5 kq – 48,48 min dollar), İspaniya (2 kq – 21,26 min dollar), Böyük Britaniya (11,49 min dollar) və BƏƏ (10,72 min dollar) yer alıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk üç rübündə 351,87 min dollar dəyərində 253,36 kiloqram məhsul ixrac olunmuşdu və əsas bazar 335,83 min dollarla Bolqarıstan idi.
Beləliklə, illik müqayisədə efir yağlarının fiziki həcmi 56,9% azalsa da, ixrac dəyəri 2,5 dəfəyə yaxın artıb, bir kiloqramın orta qiyməti isə 1 389 dollardan 7 921 dollara yüksəlib.
25 Noyabr 2026
25 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026