12:08 - 23.09.2026
23 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 114,7 milyon manat vəsait daxil olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 % çoxdur.
8 ay ərzində qurum 40 hərrac keçirib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 690 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 363-ü qeyri-yaşayış, 2 590-ı torpaq sahələri üzrə olmaqla 2 953 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 6,4 % azdır. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 24,75 % çox - 37,8 milyon manat vəsait ödənilib.
Beləliklə, yanvar-avqust aylarında özəlləşdirmə və icarədən büdcəyə ümumilikdə 152,5 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 20,2 % çoxdur.
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026