15:59 - 27.11.2026
27 noyabr, Fineko/abc.az. Dəmir yolu vasitəsilə yükdaşıma xidmətləri göstərən “AzRusTrans” Qapalı Səhmdar Cəmiyyəti ləğv edildiyini açıqlayıb.
Sözügedən müəssisə 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC və Rusiyanın taxıl daşıma operatoru olan “Rusagrotrans” şirkətinin birgə təşəbbüsü ilə yaradılıb.
Təsis olunduğu dövrdə nizamnamə kapitalında ADY 51 faiz, “Rusagrotrans” isə 49 faiz paya sahib olub.
Qurum Bakı–Tbilisi–Qars və Astara–Astara dəmir yolu xətlərindən yararlanaraq Azərbaycan, Rusiya, İran, Gürcüstan və Türkiyə istiqamətlərində taxıl məhsulları başda olmaqla müxtəlif yüklərin daşınmasını həyata keçirib.
Xatırladaq ki, kreditorlar öz tələblərini iki ay müddətində AZ1025, Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına təqdim edə bilərlər.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
26 Noyabr 2026
25 Noyabr 2026
25 Noyabr 2026