Taksi şirkəti nizamnamə kapitalını kəskin azaldıb

16:35 - 27.11.2026


27 noyabr, Fineko/abc.az. “EFİR-AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 50 010 manatdan 10 manata salındığını açıqlayıb.

Bu qərarla şirkətin kapitalı 50 min manat, yəni təqribən 99,98 faiz həcmində kiçilib.

Qeyd edək ki, “EFİR-AZ” ölkəmizdə taksi sifarişi xidməti göstərən operator kimi tanınıb. 2016-cı ildə təsis edilən müəssisənin rəhbəri Fidan Abbasovadır.