15:34 - 9.10.2026
9 oktyabr, Fineko/abc.az. “Club Bello Monte” MMC-yə məxsus torpaq sahəsi yenidən hərraca çıxarılır.
20 oktyabr 2026-cı il tarixində saat 11:00-da vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçiriləcək.
Hərraca Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən, sahəsi 6,4 hektar olan torpaq sahəsi çıxarılıb.
Torpağın ilkin satış qiyməti 384 min manat, beh məbləği isə 19 200 manat müəyyən edilib.
Qeyd edək ki, əvvəlki hərracda həmin torpaq sahəsinin ilkin satış qiyməti 640 min manat müəyyən edilmişdi. Beləliklə, yeni hərracda torpağın ilkin qiyməti 256 min manat və ya 40% azaldılıb.
Dövlət Vergi Xidmətinin məlumatlarına görə, “Club Bello Monte” MMC-nin 16 990,75 manat vergi borcu var.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026