Valyuta hərracında banklar tələbi 42,4% artırıb

12:32 - 30.07.2024


30 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyulun 30-da keçirilən valyuta hərracında bankların tələbi 78,6 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 23,4 milyon dollar (42,4%) çoxdur.

İyulun 25-də valyuta hərracında AMB banklara 55,2 milyon dollar satıb.

Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.