Qızıl ucuzlaşaraq 4 345 dollar olub

10:27 - 23.09.2026


23 Sentyabr, Fineko/abc.az. Əsas mərkəzi bankların inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağı gözləntiləri fonunda dünya bazarında qızıl qiymətləri ucuzlaşıb.

Birja ticarəti zamanı spot qızılın bir onsu 0,2% dəyər itirərək 4 345,55 dollara (7 387,44 AZN) enib. Nyu-Yorkun "Comex" birjasında dekabr fyuçersləri isə 0,2% artaraq 4 383,10 dollar (7 451,27 AZN) təşkil edib.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsini 3,75–4,00% diapazonuna yüksəltməsi və növbəti artım siqnalları verməsi dolların iki ayın pik nöqtəsinə yaxınlaşmasına səbəb olub.

Digər tərəfdən, "BMI" analitikləri 2026-cı il üçün orta qızıl qiyməti proqnozunu 4 400 dollar/ons (7 480 AZN) səviyyəsində saxlayıblar.

Qiymət düşməsi digər qiymətli metallarda da müşahid olunub: gümüşün onsu 66,70 dollara (113,39 AZN), platin 1 815,11 dollara (3 085,69 AZN), palladium isə 1 301,60 dollara (2 212,72 AZN) geriləyib.