Azərbaycan 95 oktanlı premium mühərrik benzinlərin idxalını yüksəldib  

10:15 - 22.05.2024


 22 may Fineko/abc.az Azərbaycan 2024-cü ilin birinci rübündə xaricdən 95 oktanlı premium mühərrik benzinlərin idxalını yüksəldib. Bununla belə, premium benzin əvvəlki illə nisbətdə Azərbaycan daha baha başa gəlir.

ABC.AZ rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, I rübdə Azərbaycan xaricdən ümumilikdə 18 563 tonluq 95 oktanlı benzin idxal edib. İdxalın ümumi dəyəri 18.02 mln. ABŞ dolları təşkil edir.

Bu da 2023-cü ilin analoji dövrünə nisbətdə 48 faiz artım deməkdir.
Azərbaycan idxal etdiyi premium benzinin böyük hissəsini Rusiyadan alıb. Belə ki, müddət ərzində idxalın həcmi 11 645 ton və ya 10.85 mln. dollar təşkil edib.