11:42 - 7.08.2018
7 avqust, Fineko/abc.az. “Əmək pensiyaları haqqında” Qanununa edilən 1 iyul 2017-ci il tarixli dəyişikliklərə əsasən, pensiya yaşında işləməyə davam edən şəxslərin pensiyasına hər 6 ildən bir artım edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, dəyişikliklərə əsasən, işçinin fərdi hesabına toplanan pensiya kapitalı 72-yə vurulur (yəni 6 il 12-ə vurulur) və yenidən hesablanır.
“Bununla əlaqədar 2017-ci ilin 1 iyul tarixindən Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə 35 minə yaxın şəxs müraciət edib. Yenidən hesablanma nəticəsində həmin vətəndaşların pensiyalarının məbləği orta hesabla 137,5 manat artıb”, - deyə məlumatda qeyd edilir.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026