Neft ucuzlaşmağa davam edir, Brent barel başına $82,70 təşkil edir

09:40 - 8.05.2024


8 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki sessiyanın nəticələrinə görə azaldıqdan sonra çərşənbə günü hərracda enir.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:35-də $0,46 (0,55%) azalaraq bir barelə $82,70-a düşüb. Mayın 7-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri $0,17 (0,20%), bir barelə $83,16-a qədər ucuzlaşıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:35-də $0,41 (0,52%), bir barelə $77,97-a düşdü. Mayın 7-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin dəyəri $0,10 (0,13%) azalaraq bir barel üçün $78,38-a düşüb.