16:23 - 7.05.2024
7 may, Fineko/abc.az. ABŞ-ın “Walt Disney”in gəlirləri martın 2024-cü maliyyə ilinin 2-ci rübündə artaraq, keçən ilin eyni dövründəki 21,8 milyard dollarla müqayisədə, 22 milyard dollara çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatlarında deyilir.
Eyni zamanda, “Walt Disney” 1,27 milyard dollar mənfəət ilə müqayisədə hesabat dövrünün nəticələrinə görə 20 milyon dollar xalis zərər çəkib. Səhm başına zərər 0,01 dollar, bir il əvvəl 0,69 dollar olmuşdur. Vergi öncəsi mənfəət 657 milyon dollar olub, keçən ilin eyni dövrünə isə 2,1 milyard dollar təşkil etmişdi.
“Disney” bütün il üçün korrektə edilmiş mənfəət artım proqnozunu 20%-dən 25%-ə qaldırıb.