09:30 - 7.05.2024
7 may, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda etalon markaların qiyməti cüzi yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:25-də $0,14 (0,17%) artaraq bir barelə $83,47-a yüksəlib. 6 may ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri $0,37 (0,45%) artaraq bir barel üçün $83,33-a yüksəlib.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçersləri saat 09:25-də $0,13 (0,17%) artaraq bir barel üçün $78,61-a çatıb. 6 may ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin dəyəri $0,37 (0,47%) artaraq bir barelə $78,48-a yüksəlib.
18 Avqust 2026