12:08 - 6.05.2024
6 may, Fineko/abc.az. Benzinə qlobal tələbatın artması 2024-cü ildə yarıya enə bilər ki, bu da ilin ikinci yarısında neft emalı zavodlarının gəlirliliyinin azalmasına səbəb olacaq.
ABC.AZ xəbər verir ki, Reuters bu barədə yazır.
Bu, Çin və ABŞ-da elektromobillərə keçid və keçən il COVID-19 pandemiyasının yaratdığı sıçrayışdan sonra adi istehlak səviyyəsinə qayıtmaqla bağlıdır.
Wood Mackenzie konsaltinq şirkətinin proqnozuna görə, tələb gündə 340 min barel artacaq və 2024-cü ildə 26,5 milyon barel təşkil edəcək ki, bu da 2020-ci ildən etibarən ən aşağı göstəricidir. Müqayisə üçün qeyd edək ki, ötən il tələb sutkada 700 min barel artmışdı.
Azalmanın səbəbi Çinin nəqliyyat yanacağına tələbatın maksimuma çatdığı nöqtəyə yaxınlaşmasıdır.
18 Avqust 2026