Neft bahalaşır, Brent bir barelə $83,31 təşkil edir

09:45 - 6.05.2024


6 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki həftənin sonunda düşdükdən sonra bazar ertəsi hərracda yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:42-ə qədər $0,35 (0,42%) artaraq bir barel üçün $83,31-a çatıb. Mayın 3-də Brent markalı neftin iyul fyuçersləri $0,71 (0,85%) ucuzlaşaraq bir barelə $82,96-a düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:42-ə qədər $0,36 (0,46%) artaraq bir barelə $78,47-a çatıb. Mayın 3-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin dəyəri $0,84 (1,06%) azalaraq bir barelə $78,11-a düşüb.

Həftənin sonunda Brent markalı neft 5,95%, WTI nefti isə 6,85% ucuzlaşıb.