“Azəri-Çiraq-Günəşli” yataqlarının istehsal göstəriciləri açıqlanıb

15:30 - 3.05.2024


3 may, Fineko/abc.az. Xəzər dənizində yerləşən “Azəri-Çiraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsi çərçivəsində Azərbaycan dövlətinə indiyədək 50 mlrd. kubmetrdən artıq səmt qaz təmənnasız ötürülüb.

ABC.AZ xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, BP indiyədək AÇG-dən 4.3 mlrd. bareldən artıq neft hasil edilib.

Bəxtiyar Aslanbəyli onu da əlavə edib ki, “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 200 mlrd. kubmetrdən artıq qaz hasil edilib.