11:08 - 3.05.2024
3 may, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) dayanıqlı satınalmaların dəstəklənməsi üzrə fəaliyyət planının razılaşdırılması üçün Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparır.
ABC.AZ xəbər verir ki, məlumata görə, bu barədə jurnalistlərə ADB-nin Baş direktorunun müavini və satınalmalar üzrə əsas əməkdaşı Ceff Teylor bildirib.
O vurğulayıb ki, ADB diaqnostika aparıb və dayanıqlı satınalmaları inkişaf edən təcrübə hesab edir: “Bir sıra təşəbbüslər var və onları həyata keçirmək üçün imkanlar axtarırıq”.
C.Teylorun sözlərinə görə, hazırda Azərbaycanda ADB-nin dəstəyinə və diqqətinə layiq olan təşəbbüslər həyata keçirilir.
Xatırladaq ki, ADB 1966-cı ildə yaradılıb və onun 68 üzvü var. Azərbaycan 1999-cu ildən bu bankın üzvüdür.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026