Küveytin “Araş” neft yatağı ilə bağlı iddialarına Tehran reaksiya verib

11:10 - 2.05.2024


2 may, Fineko/abc.az. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Küveyt əmirinin Misirə səfərinin yekun bəyanatında Küveytin “Araş” neft yatağı ilə bağlı iddialarına reaksiya verib.

ABC.AZ xəbər verir ki, liderlərinin görüşündən sonra Küveyt və İordaniyanın “Durra” qaz yatağının (onların adlandırdığı kimi) Küveyt ərazi sularında yerləşməsi və bütün ehtiyatlarının Küveyt və Səudiyyə Ərəbistanına aid olması barədə ortaq açıqlamasına cavab olaraq Kanani qeyd edib: "Əvvəlki kimi, Küveyt tərəfini dostluq əməkdaşlığına və ortaq maraqlara əsaslanan möhkəm bir razılaşma əldə etməyə dəvət edirik. Biz bu ölkənin səlahiyyətlilərinə “Araş” neft yatağı ilə bağlı nəticəsiz siyasi metodlardan və kütləvi informasiya vasitələrindən istifadə etməməyi tövsiyə edirik".