10:31 - 2.05.2024
2 may, Fineko/abc.az. Azərbaycan, Özbəkistan və Qazaxıstan üç ölkənin enerji sistemlərinin birləşdirilməsi üzrə əməkdaşlıq memorandumu imzalayıblar.
ABC.AZ xəbər verir ki, sənəd mayın 1-də Daşkənddə üç ölkənin iqtisadiyyat və energetika nazirlərinin görüşünün yekunları üzrə imzalanıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsində bildirib.
Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, imzalanmış sənədə əsasən, iştirakçılar Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabel çəkməklə enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər. Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev qeyd edib ki, Xəzərin dibi ilə dərin dəniz kabelinin çəkilməsi üzrə texniki tapşırıq layihəsi daha əvvəl formalaşdırılmışdır.
18 Avqust 2026