Yanvar-mart aylarında ölkədə bu qədər ağ neft istehsal edilib

15:08 - 1.05.2024


1 may, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 159,6 min ton ağ neft istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ağ neft istehsalı 23,1 min ton və ya 16,9 % artıb.

2023-ci ilin yanvar-mart aylarında bu göstərici 136,5 min ton təşkil edib. 01.04.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 51,5 min ton təşkil edib ki, bu da illik müqayisədə 18,7 min ton və ya 57% çoxdur.

Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 32,8 min ton olub.