13:32 - 3.08.2018
3 avqust, Fineko/abc.az. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun qorunması uğrunda əlil olmuş şəxslərin və şəhidlərin ailələrinin sosial şəraitinin yaxşılaşdırılması üzrə əlavə tədbirlər haqqında prezidentin sərəncamının icrası ilə bağlı hesabat təqdim edib.
Nazirliyin məlumatında deyilir ki, sərəncama əsasən, cari ildə əlavə olaraq minimum 300 mənzil alınmaqla, il ərzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə veriləcək mənzillərin sayı 500-ü ötəcək.
Sərəncamın icrası üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılmasını nəzərdə tutulur.
30 İyul 2026
29 İyul 2026