11:36 - 29.04.2024
29 aprel, Fineko/abc.az. Abu Dhabi National Oil (ADNOC) ilk dəfə Ruvaysdakı NEZ üçün İraq neftinin bir partiyasını idxal edib. Bu, şirkətə artırılmış qiymətə satılan öz flaqman Murban çeşidindən daha çox satmağa imkan verəcək.
ABC.AZ xəbər verir ki, tanker izləmə məlumatlarına görə, aprel ayının əvvəlində Orient M tankeri İraqın Bəsrə şəhərindən Ruvaysa təxminən 1 milyon barel yük çatdırıb.
ADNOC əvvəllər də BƏƏ xaricində daha yüngül Afrika sortları, Amerika şist nefti və hətta Rusiya yükləri kimi xam neft alırdı. Lakin bu, Yaxın Şərqdən daha ağır neftin alınmasının ilk halıdır. Məsələ burasındadır ki, ADNOC, İraq sortları kimi daha ağır (və daha ucuz) nefti və dəniz yataqlarından xammalı emal etmək üçün Ruvaysdakı NEZ-u modernləşdirib.
18 Avqust 2026