09:30 - 25.04.2024
25 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki sessiyanın nəticələrinə görə azaldıqdan sonra cümə axşamı hərracda yüksəlir.
Brent markalı neftin iyun fyuçersləri London ICE Futures birjasında 09:28-ə qədər $0,15 (0,17%) artaraq bir barel üçün $88,17-a yüksəlib. Aprelin 24-də Brent markalı neftin iyun fyuçersləri $0,40 (0,45%) ucuzlaşaraq bir barel üçün $88,02-a düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyun fyuçerslərinin qiyməti saat 09:28-ə qədər $0,13 (0,16%) artaraq bir barel üçün $82,94-a yüksəldi. 24 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $0,55 (0,66%) azalaraq bir barel üçün $82,81-a düşdü.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026