12:28 - 23.04.2024
23 aprel, Fineko/abc.az. Bir neçə müddətdir ki, bəzi ölkələrdə "Tik tok" qadağası gündəmdən düşmür.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, artıq Qazaxıstanda da bu barədə düşünməyə başlayıblar.
Belə ki, Qazaxısytan hökuməti də “TikTok”u bloklaya bilər. Bunu respublikanın mədəniyyət və informasiya naziri Aida Balaeva deyib.
“Sosial şəbəkələrdə qeyri-qanuni məzmunun sayı artır. Qlobal tendensiya davam edir, bir çox ölkələr bəzi sosial şəbəkələrdən imtina etmək məcburiyyətindədirlər”, – Aida Balayeva bildirib.
Jurnalistlərin hansı sosial şəbəkələrdən söhbət getdiyinə aydınlıq gətirmək istəyinə cavab olaraq Balaeva “bu, TikTok-dur” deyib. “Mənim fikrimcə, bir nazir kimi deyirəm – buna baxılmalıdır”.
Müəllif: Elmir Murad