10:01 - 2.04.2024
2 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən sessiyanın nəticələrinə görə yüksəldikdən sonra çərşənbə axşamı ticarətdə artmağa davam edir.
Brent markalı neftin iyun fyuçersləri London ICE Futures birjasında saat 09: 31-ə qədər $0,42 (0,48%) artaraq bir barel üçün $87,84-a yüksəldi. 1 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyun fyuçersləri $0,42 (0,48%) artaraq bir barel üçün $87,42-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may fyuçerslərinin qiyməti saat 09:31-ə $0,41 (0,49%) artaraq bir barel üçün $84,12-a çatıb. 1 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçersləri $0,54 (0,65%) artaraq bir barel üçün $83,71-a yüksəldi.
18 Avqust 2026