Macarıstan Türkiyədən təbii qaz almağa başladı

10:59 - 1.04.2024


1 aprel, Fineko/abc.az. Macarıstan bazar ertəsindən etibarən Türkiyədən təbii qaz almağa başlayır.

ABC.AZ xəbər verir ki, iki rüb ərzində ölkəyə Türkiyədən 275 milyon kubmetr "mavi yanacaq" daxil olacaq. 

İlk dəfə olaraq Macarıstanın Xarici İşlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Türkiyədən təbii qaz və ya mayeləşdirilmiş təbii qaz almaq planlarını 2023-cü ilin yayında bəyan edib. O, bundan əvvəl dəfələrlə vurğulamışdı ki, Türkiyə Macarıstan üçün Rusiya və Azərbaycan qazının etibarlı tranzitçisidir, indi isə Macarıstan Türkiyənin öz qazını ixrac edəcəyi ilk qonşu olmayan ölkə ola bilər.

Qeyd olunur ki, 2024-cü ilin II — III rübündə Macarıstana 275 milyon kubmetr Türkiyə qazı daxil olacaq.