10:43 - 29.03.2024
29 mart, Fineko/abc.az. "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dörd yeni bərpa olunan enerji stansiyasının təməlinin qoyulması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu Energetika Nazirliyində keçirilmiş iclasda energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir Sərəncamın icrası ilə bağlı gündəlikdə duran məsələlərə diqqət çəkib, sonuncu iclasdan ötən dövr ərzində layihələrin gedişi haqqında danışıb.
Nazir “Masdar” şirkəti ilə həyata keçirilən layihələrlə bağlı görülən işlər, hidrogen istehsalı, eləcə də “Xəzər-Aİ yaşıl enerji dəhlizi” layihəsi ilə bağlı yerinə yetirilən tədbirlər və digər cari məsələlərə dair müzakirələr aparılıb.
21 Avqust 2026
19 Avqust 2026