“Azneft” İstehsalat Birliyində kadr islahatı - SOCAR prezidenti əmr imzaladı

15:20 - 28.03.2024


28 mart, Fineko/abc.az.  “Umid Babək Əməliyyat Şirkəti”nə (UBOC) uzun illər rəhbərlik etmiş Qurbanov Əli Qurban oğlu SOCAR-ın “Azneft” İstehsalat Birliyinə baş direktor təyin edilib. 2019-cu ilin dekabrından “Azneft” İB-nə rəhbərlik edən Şahmar Hüseynov tutduğu vəzifədən azad edilib.

ABC.AZ xəbər verir ki, Şahmar Hüseynov SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri təyin edilib. 

Əli Qurbanov 1967-ci ildə Siyəzən rayonunda neftçi ailəsində doğulub. İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “neft mühəndisi” ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1991-ci ildə Azneft İB-nin “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft-qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə Özül rəisi vəzifəsində  çalışıb.

Əli Qurbanov 1998-ci ildən fəaliyyətini “bp-Azerbaijan” şirkətində müxtəlif vəzifələrdə davam etdirib. Həmçinin bir müddət bp şirkətinin Alyaskada (ABŞ) apardığı əməliyyat işlərində qazma, hasilat və mədənlərdə əməliyyat risklərinin azaldılması işlərində çalışıb.