14:27 - 27.03.2024
27 mart, Fineko/abc.az. Çevik ixrac rüsumu Rusiyanın “İnter RAO” enerji şirkətinin Gürcüstan və Türkiyəyə mümkün elektrik enerjisi tədarükü çərçivəsində rəqabət qabiliyyətini çətinləşdirə bilər.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə şirkətin direktorlar şurasının üzvü Aleksandra Panina bildirib.
Onun sözlərinə görə, qeyd olunan ölkələrə tədarük üçün şirkətin iştirak etmək niyyətində olduğu müsabiqə yaxın vaxtlarda keçirilməlidir.
Aleksandra Panina onu da qeyd edib ki, müsabiqədə Azərbaycan tərəfinin də iştirakı gözlənilir və müvafiq olaraq Rusiyada tətbiq edilən 7%-lik rüsum (elektrik enerjisinin ixracına tətbiq olunan rüsumun həcmi – red.) “İnter RAO”nun təklif edəcəyi qiymətə təsir göstərə bilər.
Daha əvvəl bildirilmişdi ki, “İnter RAO” Çin və Monqolustanla elektrik enerjisinin tədarükü qiymətlərini rüsum məbləğində artırmaq barədə razılığa gəlib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026