11:27 - 18.03.2024
18 mart, Fineko/abc.az. Çin 2024-cü ilin yanvar - fevral aylarında neft hasilatını 2023-cü ilin analoji dövrü ilə müqayisədə 2,9%, təbii qaz hasilatını 5,9% artırıb.
ABC.AZ xəbər verir ki, 2024-cü ilin ilk iki ayında Çin 35,11 milyon ton neft hasil edib, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9% artım olub. İlin iki ayında neft idxalı illik ifadədə 5,1% artaraq 88,3 milyon ton təşkil edib.
İlin ilk iki ayında neft emalının həcmi 11,87 milyon tona çatıb, illik müqayisədə artım 3% təşkil edib.
2024-cü ilin yanvar - fevral aylarında Çində qaz hasilatı 41,7 milyard kubmetr, ötən ilin eyni dövrü ilə müqayisədə artım 5,9% təşkil edib. Yanvar - fevral aylarında qaz idxalı 23,6% artaraq 22,1 milyon tona çatıb.
21 Avqust 2026
19 Avqust 2026