11:56 - 13.03.2024
13 mart, Fineko/abc.az. Böyük Britaniyanın Liverpul şəhərində dünyanın ən iri qabarma və çəkilmə elektrik stansiyasının (Q və ÇES) tikilməsi ilə bağlı planlar açıqlanıb.
ABC.AZ xəbər verir ki, layihənin həyata keçirilməsində kömək Sihwa Lake layihəsinin tərtibatçısı, Koreyanın “K-Water” şirkəti tərəfindən həyata keçirilir. Stansiya Mersey çayı üzərində inşa ediləcək. Stansiyanın 1 milyon evi elektrik enerjisi ilə təmin etmək üçün enerji istehsal edə biləcək turbinlərlə təchiz ediləcəyi planlaşdırılır.
Xatırladaq ki, ÇES-in işləməsi qabarma və çəkilmə tezliyinə görə tsiklik xarakter daşıyır. Aktiv dövrün müddəti 5 saata qədərdir. Məhz bu dövrdə su kütlələrinin enerjisi elektrik enerjisinə çevrilir, qalan vaxt ÇES işləmir.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026