İran iki neft yatağını işə saldı

16:01 - 12.03.2024


12 mart, Fineko/abc.az. İranda iki neft yatağının işlənməsinə həftə sonu başlanılıb. Aktivlər İran lideri Rəisinin iştirakı ilə işə salınıb.

ABC.AZ xəbər verir ki, "Sepehr" və "Cəfir" yataqları Xuzistan əyalətinin cənub-qərbində yerləşir.

Hər iki aktivdə ümumi hasilatın 74 min barel / gündə olacağı gözlənilir, layihələrin inkişafına qoyulan investisiyalar 2,8 milyard dollara çatıb.