Azərbaycan Avropaya qazın ixracını bu qədər artırıb

10:39 - 12.03.2024


12 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Avropaya 2,1 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 10,5% çoxdur. 

ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu ilin yanvar-fevral aylarında Avropaya 2,1 mlrd. kubmetr, Türkiyəyə 1,4 mlrd. kubmetr, Gürcüstana isə 0.6 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0.8 mlrd. kubmetr qaz nəql edilib”, - paylaşımda qeyd olunub.