10:27 - 11.03.2024
11 mart, Fineko/abc.az. Dövlət Neft Şirkətinin strukturunda nizamnamə kapitalı 16.5 milyon dollar olan şirkət yaradılıb.
ABC.AZ xəbər verir ki, bu “SOCAR Green” MMC-dir. Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb.
Kommersiya qurumu Dövlət Neft Şirkəti (SOCAR) ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 ünvanında (“SOCAR Tower”) qeydiyyatdan keçib.
Qanuni təmsilçisi isə Elmir Musayev Əhmədoviçdir.
21 Avqust 2026
21 Avqust 2026