Neft ucuzlaşmağa davam edir, Brent bir barelə $82,61 təşkil edir

09:22 - 5.03.2024


5 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən sessiyanın nəticələrinə görə düşəndən sonra çərşənbə axşamı hərracda enməyə davam edir.

London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti saat 09:20 – dək $0,19 (0,23%) azalaraq bir barel üçün $82,61-a düşüb. Martın 4 - də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin may fyuçersləri $0,75 (0,90%) ucuzlaşaraq bir barel üçün $82,80-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti saat 09:20 – dək $0,29 (0,37%) - bir barel üçün $78,45-a düşdü. Martın 4 - də aparılan hərracların nəticələrinə görə, WTI neftinin aprel fyuçerslərinin qiyməti $1,23 (1,54%) azalaraq bir barel üçün $78,74-a düşüb.