Qazaxıstan neft hasilatında könüllü azalmanı iyunun sonuna qədər uzadır

11:15 - 4.03.2024


4 mart, Fineko/abc.az. Qazaxıstan hökuməti neft hasilatının gündə 82 min barel könüllü azalması müddətini iyunun sonuna qədər uzatmaq qərarını qəbul edib.

ABC.AZ xəbər verir ki, bu barədə martın 3-də respublikanın Energetika Nazirliyi məlumat verib.

"Bu könüllü azalma, daha öncə Qazaxıstan tərəfindən 2023-cü ilin aprelində elan edilmiş və 2024-cü ilin dekabr ayının sonuna qədər davam edəcək gündə 78 min barel hasilatın könüllü azalmasına əlavədir", — deyə qurumdan bildiriblər.

Qazaxıstanın OPEC+ - ə daxil olan bəzi ölkələrlə koordinasiyada neft hasilatını azaltdığı bildirilir. Tədbirlər, neft bazarında sabitliyi qorumaq üçün görülür.