Seçkilərdə qalib gələcəyi təqdirdə Tramp Ukraynanı Rusiya ilə danışıqlara məcbur edəcək

10:12 - 15.02.2024


15 fevral, Fineko/abc.az. ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynanı Rusiya ilə sülh danışıqlarına məcbur etməyi, həmçinin NATO-nun bəzi üzvləri qarşısında öhdəliklərini azaltmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, məlumata görə, Tramp Zelenskini Ukrayna danışıqlardan imtina edərsə hərbi yardımı dayandıracağı ilə hədələmək niyyətindədir. Öz növbəsində, ABŞ-ın sabiq prezidenti Rusiyanı danışıqlara qayıtmağa razı salmaq istəyir, əks halda Ukraynanın hərbi dəstəyi artırılacaq.

Bundan əlavə, Donald Tramp, hücum halında ittifaq üzvünün kollektiv müdafiəsini nəzərdə tutan NATO ölkələrinin müqaviləsinin 5-ci maddəsinin yalnız müdafiə xərcləri hədəflərini yerinə yetirən ölkələrə şamil ediləcəyini elan etmək fikrindədir.