Moldova Ukraynada qazın niyə saxladığını açıqladı

11:20 - 26.01.2024


26 yanvar, Fineko/abc.az. Moldova Ukraynada qaz saxlamaq riskini öz üzərinə götürür, çünki bu, ən ucuz anbardır.

ABC.AZ xəbər verir ki, bu barədə “Energocom” Dövlət müəssisəsindən bildiriblər.

Məlumata görə, Moldovanın Rumıniya və Avstriyadakı anbarlara da çıxışı var, lakin orada qiymətlər dəfələrlə yüksəkdir və qazın nəqli də baha başa gəlir.

Qeyd olunur ki, 2022-ci ilin dekabr ayından "Moldovaqaz" şirkəti qazı iki mənbədən — “Energocom” dğvlət şirkətindən və Rusiyanın “Qazprom” şirkətindən alır.

Rusiya qazı elektrik enerjisi müqabilində Dnestryanı əraziyə göndərilir, Kişinyov özü isə ehtiyatlardan istifadə edir.