Azərbaycan xaricə sürtkü yağları ixrac etməyə başlayıb

10:06 - 10.01.2024


10 yanvar, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC 2023-cü ildə ilk dəfə olaraq Kolumiya, Mərakeş, Əlcəzair, İordaniya, Nigeriya, Keniya, Cənubi Sudan, Yəmən, CAR, Dominikan və s. ölkələrə sürtkü yağlarının ixracına başlayıb.

Bu barədə ABC.AZ-a İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat daxil olub.

Qeyd edək ki, “ALCO” MMC tərəfindən 2023-cü il ərzində ümumilikdə 46 min ton məhsul satışı həyata keçirilib, bunun da 44 min tondan çox hissəsi dünyanın 35-dən çartıq ölkəsinə ixrac edilib.