11:00 - 29.12.2023
29 dekabr, Fineko/abc.az. İstanbulda bir milyona yaxın zəlzələyə davamlı ev tikiləcək.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və Iqlim Dəyişikliyi naziri Mehmet Özhaseki bildirib.
Onun sözlərinə görə, tikintini bir neçə ildən sonra başa çatdırılması planlaşdırılır.
"İstanbulun yeni yaşayış binalarının tikiləcəyi 12 rayonu müəyyən edilib", — deyə nazir bildirib.
Onun sözlərinə görə, İstanbuldakı 7 milyon 500 min evdən təxminən 1 milyon 500 mini yaşayış üçün təhlükəli hesab olunur.
Bildirilib ki, onlardan 600 mini təcili sökülməlidir.