Bu il vətəndaşların 3 milyon manatı geri qaytarılıb

15:35 - 27.12.2023


27 dekabr, Fineko/abc.az. Vətəndaşlara vurulan 3 milyondan artıq ziyanın ödənilməsi təmin edilib.

ABC.AZ xəbər verir ki, bunu Baş Prokurorluğun instaqram səhifəsində canlı yayımda qurumun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev deyib.

O bildirib ki, bu il ərzində cinayət işləri üzrə vətəndaşlara dəymiş ziyanın ödənilməsi istitaqəmətində işlər aparılıb və 3 milyon manatdan çox pul sahiblərinə qaytarılıb.