16:31 - 22.12.2023
22 dekabr, Fineko/abc.az. “Nike” şirkəti satış proqnozunu aşağı saldıqdan və növbəti üç il ərzində xərcləri təxminən 10 milyard dollar azaldacağını elan etdikdən sonra, onun səhmləri 2%-dən çox azaldı.
ABC.AZ xəbər verir ki, Nasdaq birjasında premarketdə “Nike” səhmləri 10,92% azalaraq 109,15 dollara düşdü.
“Nike” illik gəlirinin təxminən 1% artacağını gözləyir. London Stock Exchange Group (LSEG) məlumatına görə, analitiklər 3,8% artım proqnozlaşdırıblar.
8 Avqust 2026
8 Avqust 2026