Ukrayna dekabr ayında 50 min FPV dron istehsal edib

17:30 - 20.12.2023


20 dekabr, Fineko/abc.az. Ukrayna Müdafiə Sənayesi dekabr ayında təxminən 50 min FPV dron istehsal edib və minlərlə orta və uzaq mənzilli zərbə dronları istehsal etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin bildirib.

“FPV dronlardan başqa, gələn il 10 mindən çox orta mənzilli (yüzlərlə km) zərbə dronu və 1000 km mənzilli 1000+ dron istehsal edə bilərik. Bütün istehsal imkanları hazırdır, 2024-cü il üçün müqavilə imzalanacaq”, - deyə A. Kamışin bildirib.