Google Messages mesajların mətnini redaktə etmək funksiyasını təqdim edəcək

17:39 - 12.12.2023


12 dekabr, Fineko/abc.az. Google, Google Messages-da göndərilən mesajları redaktə etmək funksiyası üzərində işləyir.

ABC.AZ xəbər verir ki, keçən il Apple iOS 16-a iMessage-də göndərilən mesajları redaktə etmək imkanı əlavə etmişdi. Eyni funksiya WhatsApp-da 2023-cü ildə ortaya çıxdı. Hər ikisində redaktə müddəti məhduddur: iMessage-də iki dəqiqə, WhatsApp-da isə 15 dəqiqə. Hər iki servis mesajları göndərdikdən sonra silməyinizə imkan verir, lakin bu imkanın Google Messages-da olub-olmayacağı hələ məlum deyil.