"Continental" şirkəti böyük ixtisara gedir - 5500 nəfəri işdən çıxaracaq

12:12 - 13.11.2023


13 noyabr, Fineko/abc.az. Almaniyanın şin və avtomobil hissələri istehsalçısı olan "Continental" şirkəti bütün dünyadakı zavodlarında böyük ixtisara hazırlaşır.

ABC.AZ xarici mətbuata istinadən xəbər veror ki, sözügedən zavodlarda nə az, nə çox 5500 nəfəri ixtisar ediləcək.

Almaniyanın «Manager Magazin» iqtisadi jurnalı yazır ki, ixtisarlar ilk növbədə idarəetmə sahələrini əhatə edəcək.

Məlumata görə, inkişaf və istehsal sahələrinə isə təsir etməyəcək.

"Continental"ın rəhbərliyi bu tədbirlər sayəsində ildə 400 milyon dollara qənaət etməyi planlaşdırır. Təkcə Almaniyada şirkətin 30 müəssisəsində ümumilikdə min nəfər ixtisar ediləcək.

Müəllif: Elmir Murad