Prezident 3 hərbçiyə “general-mayor” ali hərbi rütbəsi verdi

14:37 - 7.11.2023


7 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.

polkovnik Fərid Əlibaba oğlu Əliyevə

polkovnik Namiq Süleyman oğlu Bayramova

polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.