11:01 - 24.09.2026
24 sentyabr, Fineko/abc.az. Azərbaycanda hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə qanunvericiliyə dəyişikliklər edilir.
Bununla bağlı müvafiq layihə Milli Məclisə daxil olub və parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sentyabrın 25-də keçiriləcək iclasında müzakirə olunacaq.
Hərbi ekspert Ədalət Verdiyevin bildirdiyinə görə, gözlənilən yeni islahat paketi çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının əməkhaqqı və pensiya sistemi qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılaraq vahid struktura gətiriləcək.
Yeni qaydalara əsasən, maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq. Müdafiə Nazirliyinin hərbçilərinin maaşlarında orta hesabla 25%-ə yaxın və daha çox artım gözlənilir.
Eyni zamanda baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənəcək və məvacibdə rütbə maaşının payı 70%-ə qaldırılacaq. Bununla yanaşı, pensiya təminatı mexanizmi də təkmilləşdirilərək tam rəqəmsallaşdırılacaq.
Ekspert Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində atılan bu addımın güclü sosial təminat baxımından ordumuzun haqqı olduğunu vurğulayıb.
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026