Bu, platforma 100 milyon aylıq abunə topladı

14:13 - 27.10.2023


27 oktyabr, Fineko/abc.az. “Threads” 2023-cü ilin iyul ayının əvvəlində sosial şəbəkənin istifadəyə verildiyi vaxtdan təxminən 100 milyon aylıq aktiv istifadəçi toplayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu platformanın sahibi Mark Zukerberq bildirib.

O qeyd edib ki, sahibi olduğu platforma bir neçə gün ərzində 100 milyondan çox istifadəçini qeydiyyatdan keçirib.

Lakin tezliklə sosial şəbəkə gündəlik aktiv istifadəçilərini itirməyə başlayıb.

“Sensor Tower” analitiklərinin fikrincə, buraxılışdan iki həftə sonra onların sayı 70% azalıb.

Avqust ayında “Threads”in veb-versiyası bütün istifadəçilər üçün istifadəyə verilib. .